Bi+ Görünürlük Günü

Bi+ Görünürlük Günü

Hər il 23 sentyabrda dünyada Bi+ Görünürlük Günü qeyd olunur. Bu günün məqsədi təkcə biseksual insanları təbrik etmək deyil, həm də onların uzun illərdir üzləşdikləri görünməzlik, miflər və ayrı-seçkiliyə diqqət çəkməkdir.

1999-cu ildə üç amerikalı aktivist – Wendy Curry, Michael Page və Gigi Raven Wilbur – biseksual insanların hekayələrinin kölgədə qaldığını gördülər. Onlar LGBTQ+ hərəkatının bir parçası olsalar da, çox vaxt “yox sayıldıqlarını” hiss edirdilər. Bunun qarşısını almaq üçün ilk dəfə olaraq Bi Visibility Day elan olundu.

Bi+ insanlar çox vaxt “qararsız” və ya “sadəcə bir mərhələdən keçən” kimi damğalanır.
Onların sevgisi, münasibətləri və seçimləri şübhə altına alınır.
Tarix boyu biseksual insanların varlığı çox vaxt gizlədilib və ya başqa adlarla təqdim olunub.

Bu gün həmin mifləri dağıtmaq və demək üçündür: bi+ kimliklər realdır və heç vaxt görünməz edilməməlidir.

“Bi+” termini təkcə “biseksual” sözündən daha genişdir. Bu, həm də özünü biromantik, panseksual və ya başqa çoxspektrli insanları əhatə edir.

Bi+ insanlar “nə hetero, nə də kifayət qədər gey” deyillər – onlar özləri kimdirlər.  Bi+ olmaq nə “qararsızlıq”, nə də “mərhələ”dir. Bu kimlik realdır. Onlar necə varsa, elə də qiymətlidirlər.