Young Thug: “Gey olduğunu gizlədən kişilərə etibar etmirəm”

Young Thug: “Gey olduğunu gizlədən kişilərə etibar etmirəm”

Amerikalı reper Young Thug “Perspektives with Bank” adlı podkastda gey olduğunu əvvəlcə gizlədən kişilərə etibar etmədiyini söyləyib — açıqlamalar geniş müzakirələrə səbəb olub.

Amerikalı reper Young Thug (doğum adı Jeffery Lamar Williams II) Perspektives with Bank podkastının son buraxılışında gey olduğunu əvvəlcədən açıqlamayan kişilərə etibar etmədiyini ifadə edib

Söhbət zamanı loyalıq və xəyanət mövzularına toxunan Thug, “ratting” — yəni polislərə söz vermək — davranışı ilə gey olduğunu gizlədən birinin davranışını eyni müstəviyə qoyaraq, “once you rat, or once you turn gay” ifadəsini işlədib.

Thug vurğulayıb ki, gey insanlara qarşı şəxsi bir problemi yoxdur:
“Əgər sən mənə deyirsənsə ki, geyəm, problem yoxdur. Amma əvvəlcə fərqli obraz göstərib sonra açıqlamaq məni narahat edir” — deyə reper bildirib. Podkast aparıcısı Big Bank isə bu fikirləri “D.L.” (down-low — gey münasibətlərini gizləyən kişilər) kontekstində şərh edib.

Reper əlavə edib ki:

“Mənimlə birlikdə işləyən gey insanlar var, hər gün onlarla görüşürəm. Mən LGBTQ+ icmasına qarşı olmadığımı açıq şəkildə deyirəm. Sadəcə, əvvəl başqa imic göstərib sonra açıqlamaq mənim üçün hörmətsizlikdir.”

Bu açıqlamalar bəzi tənqidlərə səbəb olub. Tənqidçilər qeyd edir ki, bu cür yanaşma biseksual və ya seksual spektrdə fərqli təcrübələr yaşayan insanları görünməzləşdirə və LGBTQ+ icmasının müxtəlifliyini kiçildən bir mesaj verə bilər.

Əvvəlki açıqlamalar və mübahisələr

Dwyane Wade-in qızı haqqında:
2020-ci ildə Young Thug, basketbolçu Dwyane Wade-in trans qızı Zaya Wade haqqında artıq silinmiş tvitində yazmışdı:“All I wanna say to Dwayne’s son is: ‘God don’t make mistakes’. But, hey, live your true self.”
Bu paylaşım o vaxt geniş tənqidlərə səbəb olmuşdu.

Lil Nas X haqqında:
Bir il əvvəl isə Young Thug həmkarı Lil Nas X-in gey olduğunu açıq şəkildə deməsini tənqid etmişdi. O bildirmişdi ki, gənc reper bunu açıqlamamalı idi.

2019-cu ildə verdiyi müsahibə:
Elə həmin il, REAL 92.3 radiosunun Big Boy’s Neighborhood şousunda danışarkən, gey ola bilməyəcəyini, çünki üçlü münasibətlər yaşamamasını arqument kimi gətirmişdi:“People judge me, and people say, ‘gay,’ but n*a at one point, I probably had more h**s than [anyone else]… it’s serious!”