Onlar Əylənirin bu xüsusi seriyası sizləri podkastın arxa planına aparacaq. Üç bölümdən ibarət seriyamız “Podkast necə hazırlanır?” adlanır. Bu bölümlərin sonunda podkastın necə hazırlandığını öyrənmiş olacaqsınız.
Birinci bölüm: “Alətlər: Podkast üçün mənə nələr lazımdır?”
İkinci bölüm: “Səs: Fikirdən hazır səsə necə gedirəm?”
Üçüncü bölüm: “Yol: Hazır səs dinləyiciyə necə çatır?”
Seriyanın aparıcısı Pərvin Ələkbərdir. O, Azərbaycanda fəaliyyət göstərən müstəqil yazar, musiqiçi və multimedia müəllifidir. 2023-cü ildən bəri cəmiyyət, gender və kimlik məsələləri ətrafında bloqlar və məqalələr yazır, fərqli platformalar üçün podkast və videolar hazırlayır. Məqsədi həm incəsənət, həm yazı sahəsində çalışaraq Azərbaycan dilində bu mövzularda analitik mənbələrin və intellektual materialların artmasına töhfə verməkdir.
Bu gün ikinci bölümdəyik. Pərvin Ələkbər öz təcrübəsinə əsasən podkast üçün səs yazısının hazırlanmasından, yazı prosesində diqqət edilməli məqamlardan və səsin redaktə olunaraq dinləməyə hazır vəziyyətə gətirilməsindən danışır.