Azərbaycanda ilk süni intellektə əsaslanan media qərəzi analizatoru istifadəyə verildi

Azərbaycanda ilk süni intellektə əsaslanan media qərəzi analizatoru istifadəyə verildi

Azərbaycanda media məkanında yeni bir alət — LNK.az istifadəyə verilib. Bu platforma ölkənin ilk süni intellektə əsaslanan media qərəzi analizatoru kimi oxuculara təqdim olunur.

LNK.az-ın əsas məqsədi xəbərlərin etibarlılığını və meylini qiymətləndirərək ictimaiyyətin daha obyektiv informasiya əldə etməsinə dəstək olmaqdır. Platforma həm Azərbaycan, həm də Rusiya mediasında yayımlanan məqalələri təhlil edə bilir.

Komanda bildirir ki, LNK.az-ın məqsədi hər hansı bir məqaləni “yaxşı” və ya “pis” kimi damğalamaq deyil. Əksinə, alət oxucuların daha tənqidi və məlumatlı media istehlakçısı olmasına yardımçı olmaq üçün hazırlanıb.

“Obyektiv informasiya azad cəmiyyətin təməlidir. Biz oxuculara düzgün məlumat seçməkdə dəstək olmaqla, medianın keyfiyyətinin yüksəlməsinə və sağlam ictimai müzakirələrin formalaşmasına töhfə vermək istəyirik”, — layihə komandasının açıqlamasında qeyd olunub.