VMAs 2025 — Qırmızı xalçadan səhnəyə qədər görünürlük

VMAs 2025 — Qırmızı xalçadan səhnəyə qədər görünürlük

Nyu-Yorkun UBS Arenasında keçirilən MTV Video Music Awards 2025 yalnız musiqi performansları və qalibləri ilə deyil, həm də LGBTQ+ icmasına yönələn mesajlarla yadda qaldı. Gecənin ulduzlarından Ariana Grande “Best Pop” mükafatını alarkən nitqində “terapevtimə və gey insanlara təşəkkürlər” sözləri ilə çıxışı ən çox danışılan məqamlardan birinə çevrildi.

@varietymagazine

#ArianaGrande thanks her therapist and gay people while accepting her #VMA for Best Pop Music Video.

♬ original sound – Variety – Variety

O, “Brighter Days Ahead” klipi ilə həm bu nominasiyanı, həm də “Video of the Year” və “Best Long Form Video” mükafatlarını qazanaraq gecənin ən böyük qaliblərindən oldu.

Səhnədə digər diqqətçəkən anlardan biri Sabrina Carpenter-in çıxışı idi. O, “Tears” mahnısını ifa edərkən səhnəni yürüş ab-havasına bürüdü. Drag performansçılar, o cümlədən məşhur Honey Balenciaga onunla birlikdə çıxış etdi, arxada isə “Protect trans rights”, “Support local drag” və “Love each other” kimi şüarların yazıldığı plakatlar görünürdü. Carpenter-in bu addımı trans və drag icmasına birbaşa dəstək jesti kimi dəyərləndirildi.

Gecənin emosional və teatrallıqla zəngin performanslarından biri də Conan Gray-in “Vodka Cranberry” ifası oldu. O, aktyor Corey Fogelmanislə birlikdə romantik–trajik “Romeo və Cülyetta” səhnəsini xatırladan quruluşda çıxış etdi. İkilinin yaxın dostluğundan ilhamlanan bu təqdimat LGBTQ+ sevgi hekayələrinin görünürlüyünə əlavə önəm verdi.

Qırmızı xalçada da LGBTQ+ ulduzlarının seçimi diqqətdən yayınmadı. Doja Cat retro-80-ci illər estetikasını xatırladan obrazı ilə danışıldı,

ELMONT, NEW YORK – SEPTEMBER 07: Doja Cat attends the 2025 MTV Video Music Awards at UBS Arena on September 07, 2025 in Elmont, New York. (Photo by Jamie McCarthy/WireImage)Jamie McCarthy

Ricky Martin isə sinəsini açıq saxlayan cəsarətli dəsti ilə sosial mediada müzakirələrə səbəb oldu.

ELMONT, NEW YORK – SEPTEMBER 07: Ricky Martin attends the 2025 MTV Video Music Awards at UBS Arena on September 07, 2025 in Elmont, New York. (Photo by John Shearer/Getty Images for MTV)John Shearer/Getty Images


Aktrisa və komediyaçı Meg Stalter “Dunkin’” detallarını daşıyan geyimi ilə zarafatcıl yanaşma sərgilədi,

ELMONT, NEW YORK – SEPTEMBER 07: Megan Stalter attends the 2025 MTV Video Music Awards at UBS Arena on September 07, 2025 in Elmont, New York. (Photo by Dimitrios Kambouris/Getty Images)Dimitrios Kambouris/Getty Images

“RuPaul’s Drag Race” qalibi Symone isə özünəməxsus tərzi ilə seçildi.

ELMONT, NEW YORK – SEPTEMBER 07: Symone attends the 2025 MTV Video Music Awards at UBS Arena on September 07, 2025 in Elmont, New York. (Photo by Jeff Kravitz/Getty Images for MTV)Jeff Kravitz/Getty Images

Dizayner və stilist Marko Monroe, xüsusi Labubu couture ilə tanınır. VMAs 2025 qırmızı xalçada House of Avalon üzvü olaraq JW Anderson köynəyi və xüsusi hazırlanmış “Moonbubu” ilə göründü.

ELMONT, NEW YORK – SEPTEMBER 07: Marko Monroe attends the 2025 MTV Video Music Awards at UBS Arena on September 07, 2025 in Elmont, New York. (Photo by Noam Galai/Getty Images for MTV)Noam Galai/Getty Images

VMAs 2025 həm musiqi, həm də sosial mesajların ön plana çıxdığı bir gecə oldu. Ariana Grande-nin gey insanlara yönəltdiyi minnətdarlıq sözləri, Sabrina Carpenter-in trans haqlarını səhnəyə daşıması, Conan Gray və Corey Fogelmanisin romantik ifası, eləcə də qırmızı xalçada LGBTQ+ ulduzlarının parlaq görünüşləri bu mükafat mərasimini yalnız əyləncə deyil, eyni zamanda ictimai mövzulara toxunan bir səhnəyə çevirdi.