LGBTİ+ və gənclik hüquqları müdafiəçisi Enes Hocaoğulları, 5 avqust 2025-ci ildə Ankara Esenboğa Hava Limanında saxlanılaraq həbs olunub. Hocaoğulları, mart ayında Avropa Şurasında etdiyi çıxışına görə “halkı yanıltıcı bilgiyi alenen yayma” (TCK 217/A) və “halkı kin və düşmanlığa tahrik” (TCK 216) ittihamları ilə məhkəmə qarşısına çıxarılır.
Həbsi və ittihamların səbəbi
Hocaoğulları, mart ayında Avropa Şurası Konqresində etdiyi çıxışında Türkiyədəki demokratik geriləmə, Ekrem İmamoğlunun həbsi, 19 mart etirazları zamanı polisin zorakılığı və LGBTİ+ gənclərin üzləşdiyi təzyiqləri gündəmə gətirmişdi. Onun “Gençler artık yeter diyor” sözləri sosial şəbəkələrdə geniş yayılmış və hökumətə yaxın media tərəfindən sistemli şəkildə hədəf göstərilməsinə səbəb olmuşdu.
Daha sonra İstanbul və Ankara prokurorluqları tərəfindən açılmış iki ayrı cinayət işi birləşdirilərək Ankara Prokurorluğuna verildi. Hakimlik Enes Hocaoğulları barəsində həbs qərarı çıxardı və o, Sincan Cezaevinə göndərildi.
Beynəlxalq reaksiyalar
Enes Hocaoğullarının həbsi beynəlxalq miqyasda da ciddi narazılıq doğurdu.
Avropa Şurası İnsan Hüquqları Komissarı Michael O’Flaherty dərhal azadlığa buraxılması çağırışı etdi.
Avropa Şurası Konqresi rəhbəri Marc Cools bunu “ifadə azadlığına açıq hücum” kimi qiymətləndirdi.
Avropa Şurası Parlament Assambleyasının Sosialistlər, Demokratlar və Yaşıllar qrupu sərt bəyanatla çıxış edərək “Enes’in tək ‘suçu’ demokratiyanı müdafiə etməkdir” dedi.
Front Line Defenders və Amnesty International onun yalnız barışçıl insan hüquqları fəaliyyətinə görə hədəf alındığını bəyan etdi.
Avropa Parlamenti üzvü 31 millət vəkili də azadlıq çağırışı etdi.
Avropa Şurası 12 Avqust Dünya Gənclər Günündə rəsmi hesabından “Gençlərin səsi qorunmalıdır, susturulmamalıdır” paylaşımı edərək #EnesSerbestBırakılsın kampaniyasına qoşuldu.
Türkiyədə siyasi və ictimai reaksiyalar
CHP, DEM Partisi, TİP və EMEP-dən çox sayda millət vəkili və siyasətçi Enes’in dərhal azadlığa buraxılmasını tələb edib. LGBTİ+ təşkilatları – 17 Mayıs, Kaos GL, ÜniKuir, Lambdaİstanbul, Pembe Hayat və başqaları – ortaq bəyanatlar verərək, onun həbsinin həm gənclərə, həm də LGBTİ+ icmasına qarşı “gözdağı siyasəti” olduğunu vurğuladılar.
Enes Hocaoğullarının mesajları
Hocaoğulları həbsdən iki məktub göndərib. İlk məktubunda “Hapiste de bir lubunya varoluşu var” deyərək həmfikir dostlarına dirəniş mesajı çatdırıb. 15-ci günündə yazdığı məktubda isə “8 sentyabrda rəngarəng bir məhkəmə salonu görmək ümidiylə” ifadələri ilə dayanışmaya çağırış edib.
Məhkəmə prosesi
Ankara 86-cı Asliye Ceza Məhkəməsi ittihamnaməni qəbul edib. Hocaoğulları “yanıltıcı bilgi yayma” və “halkı kin və düşmanlığa tahrik” maddələri ilə mühakimə olunacaq. Əgər təqsirli bilinsə, iki ildən altı ilə qədər həbs cəzası alması mümkündür. İlk duruşma 8 sentyabr 2025, saat 11:55-də keçiriləcək.
Amnesty International petisiya yayımladı
Amnesty International rəsmi saytında petisiya yayımlayıb. Petisiyada Enes Hocaoğullarının 5 avqustda ixtiyari şəkildə həbs edildiyi, ona qarşı yönəldilən ittihamların isə sadəcə Avropa Şurasında etdiyi çıxışdan qaynaqlandığı vurğulanır. Amnesty, Enes Hocaoğullarının dərhal və qeyd-şərtsiz azad olunmasını, həmçinin ifadə azadlığını məhdudlaşdıran TCK 217/A və TCK 216/1 maddələrinin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılmasını tələb edir.
Petisiya ilə tanış olmaq üçün: Amnesty International