Yaponiyalı dizayner Kenji Abe-in 2023-cü ildə okean mövzulu dizayn konfransı üçün yaratdığı pivə şüşəsi konsepti iki il sonra birdən-birə sosial şəbəkələrdə partlayış etdi. Səbəb isə dizaynın özündən çox, kollektiv olaraq gördüyümüz… başqa bir şey idi.
Abe-in fikrinə görə, dəniz kənarında pivə içmək çox özəldir. Amma qumlu sahəyə masa daşımaq istəməyənlər üçün praktiki bir problem var: pivə şüşəsini harada saxlamalı? Kenji Abe bu “problemi” çözmək üçün dibi yumrulanmış bir şüşə fikirləşib. Məqsəd – onu rahatlıqla quma sancmaq və göyə baxa-baxa pivəni yudumlamaqdır. Sadə, zərif, funksional.
Amma internetə gəlincə… funksionallıq ikinci plana keçir. X (Twitter) platformasında şəkillər yayıldıqdan sonra təkcə pivə yox, kollektiv təxəyyül də “işə düşdü”. İstifadəçilər dizaynın “tanış” formasına diqqət çəkərək eyni sualı verdilər: bu, doğrudanmı pivə üçündür?
Məsələn, biri yazıb: “Quma sancmaq… əlbəttə.”
Sandford Polis İdarəsi isə zarafatı daha da irəli aparıb: “Bu şüşə Birləşmiş Krallıqda kimininsə arxasında tapılacaq.”
Başqa bir şərh: “Nəhayət, bottom-lar üçün pivə hazırlandı.”
Bir təcili yardım həkimi isə zarafatı ciddiyə çevirərək xəbərdarlıq edib: “Baxın, bu barədə düşünməyin belə.”
Əlbəttə, funksionallığı sorğulayanlar da var: “Mən onsuz da istənilən pivə şüşəsini quma sancıram, yəni bu nəyi dəyişir ki?”
Bu dizaynın viral olmasında əsas məsələ onun mexaniki üstünlüyü deyil, kollektiv olaraq nəyə çağırış etdiyidir. Bəli, pivə şüşəsi forması haqqında danışırıq. Amma eyni zamanda, cəmiyyətin necə düşünmək istədiyinə və istəmədiyinə də baxırıq.
Yəni, dizaynlar bəzən düşündüyümüzdən daha çox şey deyə bilir. Və ya biz istədiyimizi görürük – hər ikisi də doğrudur.