Amerikalı atlet Chris Robinson, Çexiyanın Ostrava şəhərində keçirilən Golden Spike yüngül atletika yarışında kişilər arasında 400 metr maneəli qaçışda birinci olub – özü də penisinin alt paltarından çıxmasına baxmayaraq.
Yarışın ilk saniyələrindən etibarən, start siqnalı verildikdən sonra Robinson-un penisi alt şortundan çölə çıxıb və qaçış boyu görünən vəziyyətdə qalıb. O, ilk mərhələdə vəziyyəti düzəltməyə çalışsa da, sonradan bunu etməyə vaxt itirməmək üçün cəhdini dayandırıb və bütün diqqətini yarışa yönəldib.
Gözlənilməz “wardrobe malfunction”a baxmayaraq, o, yarışı 48.05 saniyə ilə başa vuraraq mövsümdəki ən yaxşı nəticəsini göstərib və birinci yeri qazanıb. Finişdən sonra yerə uzanaraq gülməyə başlayan Robinson-un bu reaksiyası yarışın sosial mediada geniş yayılmasına səbəb olub.

Hadisə yarışın canlı yayımında da öz əksini tapdı. Şərhçilər çaşqınlıqla vəziyyəti belə şərh etdilər: “Mükəmməl qaçış – həm sürət, həm də… sol əllə davamlı ‘avadanlıq’ tənzimləmələri.” Bir qədər sonra isə üzr istədilər: “Hələ senzura olunmayıb, amma nə olsun, Robinson bu problemi dəf edib, yoluna davam etdi.”
İndi hamı “Chris Robinson” adını X-də axtarır.