Səfirliklər Qeyd Etdi, Statistika Danışdı

Səfirliklər Qeyd Etdi, Statistika Danışdı

17 may – dünyada Homofobiya, Bifobiya və Transfobiyaya Qarşı Beynəlxalq Mübarizə Günü (IDAHOT) kimi qeyd olunur. Bu gün bizə bir daha xatırladır ki, seksual orientasiya və ya gender kimliyindən asılı olmayaraq, hər bir insan hörmətə, ləyaqətə və bərabər hüquqlara layiqdir.

Bunu 2025-ci ildə Azərbaycanda yerləşən Avropa İttifaqı və bir sıra Avropa ölkələrinin səfirlikləri birlikdə qeyd edərək, inklüzivlik, təhlükəsiz həyat və ayrı-seçkilikdən uzaq cəmiyyət çağırışı etdilər.

“Biz hər bir insanın qorxmadan, azad və bərabər şəkildə yaşamaq haqqına malik olmasını dəstəkləyirik” – deyə səfirliklərin birgə bəyanatında bildirilib.

Amma gəlin real vəziyyəti də unutmayaq: 🌈 ILGA-Europe-un 2025-ci il üçün Rainbow Europe xəritəsinə görə, Azərbaycan LGBTQ+ hüquqlarına hörmət sahəsində yenə də sonuncudur. Cəmi 2.25% göstərici ilə ölkə yalnız Rusiyanı qabaqlaya bilir.

Nəyi xatırlamalıyıq?
İnklyuziv cəmiyyət sadəcə xarici səfirliklərin bəyanatlarında yox, burda – bizim küçələrimizdə, məktəblərimizdə, ailələrimizdə var olmalıdır.