Bu sərgi dezinformasiya və yanlış məlumatların kuir həyatları əhatə edən görünməz, lakin davamlı atmosferini araşdırır. Burada məqsəd yalnız yalanı ifşa etmək deyil — onun yaratdığı hissi, təzyiqi və psixoloji yükü görünən etməkdir.
Misinformasiya təkcə xəbər başlıqlarında yaşamır. O, baxışlarda, təkrarlanan ifadələrdə, miras qalmış narrativlərdə və “normal” adı altında ötürülən qorxularda mövcuddur. Bu sərgi həmin sistemlərlə üz-üzə dayanmağın, yoxa çıxmamağın və mövcudluğun özünü bir akt kimi təqdim etməyin məkanıdır.
Sərgidə iştirak edən sənətçilər — Adrian Lorenzo, Ailo və NULL — rəqəmsal kollaj, vizual fraqmentasiya və simvolik dillə işləyərək queer varlığın necə təhrif olunduğunu və eyni zamanda necə davam etdiyini göstərirlər.
ADRİAN LORENZO
Adrian Madriddə fəaliyyət göstərən kollaj rəssamıdır və onun işi vizual hekayəçilik vasitəsilə yaxınlıq, kimlik və emosional yaddaş mövzularını araşdırır.
Onun üslubu simvolizm daşıyır , nəzarətli, sensual və introspektiv bir enerji ilə seçilir. Hər bir əsər izləyicini səthin arxasına baxmağa, dərin şəxsi bir daxili dünyaya daxil olmağa dəvət edir; burada həssaslıq gücə, emosiya isə struktura çevrilir.
Kollaj vasitəsilə Adrian fraqmentləri hekayələrə çevirir və həm intim, həm də sakit şəkildə güclü hiss olunan əsərlər yaradır.
Şəxsi xaosun triologiyası

Queer varlığını başqalarının hekayələri ilə artıq formalaşmış mənzərələrdən keçən bir şey kimi düşünürəm. Yaşanmış hekayələr yox, miras qalmış, o qədər təkrarlanıb ki, artıq təbii görünməyə başlayan hekayələr. Dəniz də elə buna görə oyma və bəzəkli şəkildədir. Daimi görünür.
-ADRİAN LORENZO
Gözlər izləyir, amma yaxından yox. Heç kəsə məxsus deyillər. Sadəcə uzaqdan görünmək, anlaşılmadan izlənmək, yozulmaq və mühakimə olunmaq hissini təmsil edirlər. Buludlardakı üz də buna bənzəyir: yuxarıda asılı duran, abstrakt və əlçatmaz bir səlahiyyət , yerə toxunmadan qorxu yarada bilən bir şey.
Mayak var, amma işığı incədir. Yol göstərir, amma aydınlıq vermir. Yalnız görünməsinə icazə verilən şeyi işıqlandırır. Qalan hər şey kölgədə qalır.
Gəmi hərəkət etməyə davam edir. Kiçikdir, açıq-saçıqdır və ətraf mühitlə müqayisədə ölçüsüz kiçik qalır. Fəth və ya varid olma simvolu deyil. Sadəcə oradadır və yoluna davam edir.
Bu şəkil münaqişə haqqında deyil, davamlılıq haqqındadır. Təhlükənin artıq qərarlaşdırıldığı, görünməyin şərtlə bağlı olduğu, reallığın özünü “nəzarətdə saxlayanlar” tərəfindən formalaşdırıldığı məkanlardan keçmək haqqındadır

Bu əsər queer həyatlarını daim əhatə edən qorxu və yanlış məlumat atmosferindən yaranıb.
-Adrİan lorenzo
Solda homofobiya və anti-LGBTQ+ zorakılığı tək bir bədheybət kimi təsəvvür etdim: yalanlar, nifrət və təkrarlanan görüntülərin qarışığı , queer varlığı təhlükəli və ya iyrənc bir şeyə çevirən sistem.
Bu, tək bir adam deyil, bir-birini qidalandıran çoxlu səslər, başlıqlar və miflərdən ibarət bir sistemdir.
Sağda isə Abraxas dayanır. Bu fiquru seçdim, çünki o bir hibriddir, ziddiyyətlidir və heç bir kateqoriyaya sığmır. Abraxas sadə ikilikdən uzaqda mövcuddur və mənim üçün trans varlığının simvolu kimi təsvir olunub. İzah edilməli və ya haqlı çıxarılmalı bir şey kimi yox, sadəcə var olan bir şey kimi. Qaydalara uyğun gəlməyən bir bədən.
Səhnə kosmik məkanda, gündəlik reallığın kənarında baş verir. Bu, queer həyatlarının çox vaxt yaşanan təcrübə yox, abstrakt mübahisə kimi qəbul edilməsini əks etdirir. Krujeva haşiyələr ənənəni və “normalığı” xatırladır, zorakılığı elə bir çərçivəyə salır ki, bu, qəribə dərəcədə tanış və qəbul edilmiş görünür.
Bu iş mübarizədə qalib gəlmək haqqında deyil. Təhrifin qarşısında durub yoxa çıxmamaq haqqındadır. Yanlış məlumatlarla azaldılmağı rədd edib, sadəcə mövcud olmaq haqqındadır.

Bu əsər çox dəfə baxıldıqdan, izah edildikdən və ya süzgəcdən keçirildikdən sonra qalanlardan yaranıb. Bu, konkret bir ana aid deyil, xaricdən məna yükləndikdən sonra qalan hissdən bəhs edir.
-ADRİAN LORENZO
Şəkil qəsdən qeyri-bərabərdir. Hər şey tam uyğun gəlmir, bəzi hissələr kəsilmiş və ya yarımçıq hiss olunur. Bu, öz şəxsiyyət hissimin mən danışmağa çatmamışdan əvvəl başqalarının narrativləri ilə formalaşdığını əks etdirir. Aydın görünməyən şey çaşqınlıq deyil . Bu, təhrifin nəticəsidir.
Burada məsafə hissi var. Bu, laqeydlikdən deyil, geri çəkilməyin sağ qalmağın bir yolu olmasından qaynaqlanır. Özünü uzaqdan görürsən, görünən olduğunu bilirsən, amma tam anlaşılmadığını da dərk edirsən.
AİLO
Ailo rəqəmsal kollaj, video və qrafik formalarla işləyən vizual sənətçidir. Onun praktikası daxili vəziyyətləri və emosional mövcudluğu araşdırır. Laylı görüntülər və parçalanmış elementlər vasitəsilə o, sabit məna yaratmaqdan çox, hiss və varlığın açıq,dəyişkən qaldığı vizual məkanlar qurur.
emal

Bu iş, görünməyin idarə olunmağa çevrildiyi o anın içində qalır.
Əl zərər vermir, amma yönləndirir.
Tənzimləyir. Emal edir. Qərar verir.
Şəkil, haqqında danışılmaq hissinin içində qalır.
Analiz olunmaq.
Yavaşladılmaq.
Amma buna baxmayaraq, hələ də buradadır.
hərəkətdə

Bu vizual tək bir formaya aid deyil.
Hərəkətdədir.
Laylar bir-birini kəsir, üst-üstə düşür, qarışır. Heç nə tam yerləşmir.
Bəlkə də bu, hər şeyin aydın olması məcbur ediləndə
mənanın necə sürüşüb getməsi haqqındadır.
uğursuz A, B və bəlkə C

Vizual ‘yetərli olmaq’ hissinin içində qalır.
Yetərli sayılmaq.
Yetərli görünmək.
Bəzən daha yumşaq,
bəzən daha sərt.
Yetərli olmağın – və başqaları üçün yetərli oxunmağın həmişə fərqli formaları var.
NULL
Son yeddi il ərzində vizual hekayə qurmağı fokus alaraq rəqəmsal sənətlə məşğul oluram. İşlərim duyğularım və onları ifadə etmək üçün körpü rolunu oynayır, sözlərlə təsvir etməkdə çətinlik çəkdiyim şeyləri rahatlıqla ifadə etməyə imkan verir. Sənət mənim üçün bu qədər önəmli olduğundan hazırladığım əsərlərlə emosional bağlantı qurduqda ən yaxşı işlərimi ortaya çıxara bilirəm.
-NULL
Baxışlar

Bu əsərdə təsvir olunan şəxsin üzərində istifadə edilən sözlər LGBTQIA+ -a qarşı dezinformasiya məqsədi daşıyan müxtəlif xəbər məqalələrindən götürülüb. Bu etiketlər bizə zorla yapışdırılır və zamanla cəmiyyətin LGBTQIA+ icması ilə əlaqələndirdiyi anlayışlara çevrilir. Bizlər bizim üçün saxta şəkildə formalaşdırılan kimliyə görə təcrid olunuruq. Bu əsərlə bu tərzbaxışın yaratdığı narahatlıq hissini təsvir etməyə çalışdım.
-NULL
Doqquz Qılınc

İcmamdan olan insanlar hər gün öz həyatları haqqında növbəti dezinformasiya xəbərinə oyanırlar. Yanlış və zərərli narrativlərə davamlı şəkildə məruz qalmaq sıxıntılı, yorucu və boğucu hala çevrilir.
-NULL
Bu əsər Doqquz Qılınc tarot kartını yenidən təsəvvür edir; hər bir qılınc monitor şəklində təqdim olunan fərqli bir xəbər mənbəyi ilə əvəz edilib. Bu obraz vasitəsilə davamlı təhrif və nəzarət altında yaşamağa məcbur edilən insanların daşıdığı emosional yükü ifadə etmək istədim.
On Çubuq

Bu dövrdə dezinformasiyanın dənizində boğulmaq hər zamankindən daha asandır. Cəmiyyət bizi təcrid etsə və sosial media bizi yanlış narrativlərlə boğsa belə, unutmamalıyıq ki, biz bir icmayı təşkil edirik. Biz tək-tək boğulmaq məcburiyyətində deyilik. Bir-birimizin yanında duraraq və yükümüzü paylaşaraq, bizi dibə çəkməyə çalışan hər şeyə qarşı dura və ayaqda qala bilərik.
-NULL