Son bir ildə ən azı 281 trans və gender müxtəlifliyinə malik şəxsin qətlə yetirildiyi açıqlanıb.
Transgender Europe and Central Asia-nın (TGEU) trans əleyhinə qlobal zorakılıqla bağlı illik hesabatının yenilənmiş versiyası Trans Xatırlanma Günündən (20 noyabr) öncə yayımlanıb.
TGEU-nun Trans Murder Monitoring bölməsinin məlumatına görə, 1 oktyabr 2024 – 30 sentyabr 2025 arasında qətlə yetirilən gender müxtəlifliyi daşıyan şəxslərin sayı 281 olub.
2009-cu ildən bəri aparılan monitorinq ümumilikdə 5322 qətl qeydə alıb.
Ötən ilin 350 göstəricisi ilə müqayisədə azalmanın olması tədqiqatçıların fikrincə təhlükəsizliyin yüksəlməsi demək deyil — bu, qətllərin mediada və rəsmi strukturlarda getdikcə daha az görünməsi ilə bağlı ola bilər.
Hesabata görə, Qara və Qəhvəyi rəngli translar yenə həddindən artıq təmsil olunub: 1 oktyabr 2024 – 30 sentyabr 2025 aralığındakı halların 88%-i rəngli translarla bağlıdır.
Ən çox hədəflənən qrup seks işçləri olaraq qalır — qətllərin 34%-i bu kateqoriyadadır. Aktivistlər və hərəkat liderlərinə qarşı hücumlar isə artaraq 14% ilə ikinci yerə yüksəlib.
Qeyd edilən halların 90%-i feminisid olub — yəni qurban trans qadın və ya transfeminin şəxsdir.
TGEU bildirir ki, trans qurbanlar çox zaman mediada və polis hesabatlarında yanlış genderləndirildiyi üçün qətllərin izlənməsi çətinləşir. Buna görə də real rəqəmin “daha yüksək olması ehtimalı” var.
Tədqiqat tərəfdaşlarından Sayonara Nogueira deyib:
“2020-dən bəri bu cür xəbərlərin azaldığını görürəm. Bu ya görünməzlik, ya da daha az raportlama ilə bağlı ola bilər.”
O əlavə edib ki, monitorinq məhdudiyyətləri və dövlət məlumatlarının olmaması səbəbilə bu hesabat bütün qətlləri əhatə etmir.
Translara qarşı nifrət cinayətlərinin böyük əksəriyyəti bildirilmədən qalır
Böyük Britaniyada Daxili İşlər Nazirliyi LGBTQ+ əleyhinə nifrət cinayətlərinin azaldığını iddia etsə də, hüquq qrupları deyir ki, siyasət dəyişiklikləri statistikaya təsir edib.
Stop Hate UK bildirir ki, transların 88%-i yaşadıqları nifrət cinayətlərini polisə bildirmir, çünki hüquq-mühafizə orqanlarına etibar azalır.
TGEU-nun siyasət meneceri Deekshitha Ganesan son iki ildə aktivistlərin qətlə yetirilməsinin iki dəfə artmasının ciddi həyəcan siqnalı olduğunu deyib:
“Bu artım azadlıq və bərabərlik uğrunda mübarizə aparanları susdurmaq cəhdidir. Bu qətllər transların insanlıqdan uzaqlaşdırıldığı siyasi diskursun ekstrem nəticəsidir.”
Baş tədqiqatçı Freya Watkins də rəsmiləri transları zorakılıqdan qorumağa çağıraraq bildirib:
“Hər qətlə yetirilən aktivist susdurulan bir icma deməkdir.”
Təşkilat beynəlxalq qurumları trans fəalların hüquq müdafiəsi fəaliyyətini qorxmadan davam etdirməsini təmin etməyə çağırıb.
Eyni zamanda, gender müxtəlifliyinə malik şəxslər üçün əmək hüquqlarını qorumaq məqsədilə seks işçiliyinin dekriminallaşdırılması tələb olunub.