Bakıda trans qadına qarşı zorakılıq edən şəxsin həbs müddəti başa çatıb.
15 sentyabrda Neftçilər metrosu yaxınlığında hərəkətdə olan avtomobildən trans qadına daş atılması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı. Videoda üç nəfərin hadisəni canlı yayımda lentə aldığı, ağır təhqiramiz ifadələr səsləndirdiyi və sonda daş ataraq qadını vurduğunu bildirdiyi görünürdü.
Polis araşdırmasından sonra həmin şəxslərin Ş. Rəhimov, R. Əzizov və avtomobili idarə edən O. Nəbizadə olduğu müəyyən edilib. Onlardan yalnız O. Nəbizadənin barəsində məhkəmə qərarı ilə 15 gün inzibati həbs seçilmişdi. Digər şəxslər isə saxlanıldıqdan sonra tezliklə sərbəst buraxılıblar.
18 sentyabrda saxlanılan Nəbizadənin 15 günlük inzibati cəzası bitmək üzrədir və o, ya bu gün, ya da yaxın günlərdə azadlığa çıxacaq.
Bakıxanovda qəsəbəsindəki hücum
Sentyabr çıxar-çıxmaz, 30-dan oktyabrın 1-nə keçən gecə Bakının Bakıxanov qəsəbəsində daha bir trans qadın hücuma məruz qalıb. Bu, paytaxtda qısa zaman kəsiyində qeydə alınan növbəti transfobik hücum faktıdır.
Translara qarşı zorakılıq hallarının davam etməsi hüquqi mexanizmlərin zəifliyi ilə bağlıdır. Hücum edən şəxslərə yalnız inzibati məsuliyyət tədbirlərinin tətbiqi bu cinayətlərin qarşısını almağa imkan vermir. Dövlət qurumları tərəfindən hadisələrə cinayət xarakteri verilməməsi hüquqi boşluq yaradır və zorakılıq hallarının təkrarlanmasına şərait yaradır. Bu vəziyyət transların təhlükəsizliyinin təmin olunmadığını açıq şəkildə göstərir.