SAĞIN YÜKSƏLİŞİ, DEMOKRATİYANIN ÇÖKÜŞÜ. Bu LGBTQ+lar üçün nəyi ifadə edir?

SAĞIN YÜKSƏLİŞİ, DEMOKRATİYANIN ÇÖKÜŞÜ. Bu LGBTQ+lar üçün nəyi ifadə edir?

Son illərdə, xüsusilə 2024-cü ildən bəri, dünyada Sağçı, Millətçi,və Mühafizəkar ideologiyaya sahib partiyaların yüksəlişi müşahidə edilir. Bu partiyalar bir çox ölkədə seçkilərdə üstünlük qazanaraq hakimiyyətə gəliblər.

Onların əsas prioritetləri arasında ənənəvi ailə dəyərlərinin qorunması, dini və milli kimliyin gücləndirilməsi, həmçinin LGBTQ+ icmasına qarşı yönəlmiş məhdudlaşdırıcı siyasətlər yer alır.

1 / ABŞ

2024-cü il ABŞ prezident seçkilərində Donald Trump ikinci dəfə prezident seçildi. Prezident olduğu ilk gündən edəcəyi anti-LGBTQ siyasətini tətbiq edəcəyini vəd edib.

Onun həyata keçirəcəyi anti-LGBTQ tədbirlər arasında transların hərbidə iştirakını dayandırmaq,  trans-spesifik səhiyyəni məhdudlaşdırmaq,  federal qanunlar çərçivəsində yalnız iki genderin mövcudluğunu təyin etmək, federal məktəblərdə LGBTQ və trans mövzularını qadağan etmək, federal maliyyə ilə maliyyələşdirilən yerlərdə yalnız iki genderin olduğu tualetlərin, şəxsi otaqların olması  və eyni cinsli evliliklərə qarşı addımlar atmaq yer alır.

Donald Trump həmçinin qadın hüquqlarını da məhdudlaşdıraraq, ölkə üzrə abortun qadağan olunmasını dəstəkləyir, halbuki abort həmçinin LGBTQ-ların reproduktiv hüququdur.

2 / Fransa

2024-cü ildə Fransada keçirilən seçkilərdə ultra-sağçı Milli Birlik (Rassemblement National, RN) partiyası  uğur əldə etmişdir. Partiyanın lideri Marine Le Pen, ənənəvi dəyərləri vurğulayaraq, LGBTQ+ hüquqlarına qarşı çıxış edir.

Milli Birlik Partiyasının anti-LGBTQ+ siyasətləri aşağıdakı istiqamətləri əhatə edir:

• Evlilik hüquqları: Partiya, eyni cinsli evliliklərin ləğvini və ya məhdudlaşdırılmasını dəstəkləyir, ənənəvi ailə modelini təşviq edir.

• Təhsil siyasəti: Məktəblərdə LGBTQ+ mövzularının tədrisini məhdudlaşdırmaq və ya tamamilə qadağan etmək üçün qanunvericilik təşəbbüsləri irəli sürür.

• Qeyri-hökumət təşkilatları: LGBTQ+ hüquqlarını müdafiə edən təşkilatların fəaliyyətini məhdudlaşdırmaq və ya onların dövlət dəstəyini kəsmək niyyətindədir.

3/ Avstriya

İkinci Dünya Müharibəsindən bəri Avstriyada bir sağçı partiya seçkidə ən çox səs alıb. Kremlin tərəfdarı, anti-İslam, alt-right Avstriya Azadlıq Partiyası (FPÖ) 29,2 faiz səs toplayaraq hakimiyyətdə olan Avstriya Xalq Partiyasını (ÖVP) 26,5 faizlə geridə qoydu.

FPÖ, yalnız iki cinsin olduğunu bəyan edən bir konstitusiya təyinatı keçirməyi vəd edib. Bu, son illərdə transgender və xüsusilə qeyri-binar insanlar üçün qazanılan bir neçə qorunmanı ləğv edəcək.

Həmçinin Partiya eyni cinsli evliliyədə qarşı mövqe sərgiləyir.

4/ Gürcüstan

Gürcüstanda iqtidarda olan Gürcü Arzusu Partiyası ötən il yenidən həm parlament seçkilərində, həm də prezident seçkisində qalib gəliblər. Lakin yerli xalq, həm də beynəlxalq ictimaiyyət seçkiləri legitim hesab etmir və yeni seçkilər tələb edirlər. Gürcü Arzusu Partiyası ötən il anti-lgbt qanun layihəsini hazırlayıb və imzalayıblar.

“Ailə dəyərləri və azyaşlıların müdafiəsi” haqqında qanun, LGBTQ tədbirlərini , göy qurşağı bayrağının ictimai nümayişini , eləcə də kuir filmlər və kitablara senzura tətbiq etmək üçün hüquqi əsas yaradır.

Qanun həmçinin gender kimliyini rəsmi şəkildə dəyişməyi, gey və transgender şəxslərin övladlığa uşaq götürməsini qadağan edir və xaricdə bağlanmış eynicinsli nikahların Gürcüstan ərazisində etibarsız sayılmasını təmin edir.

5/ Almaniya

2024-cü ildə keçirilən Avropa Parlamenti seçkilərində ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası qazandı.

AfD partiyası LGBTQ+ hüquqlarına əks mövqeyi ilə tanınır. Partiya eynicinsli nikaha, LGBTQ+ cütlüklər üçün övladlığa götürmə hüququna və məktəblərdə müxtəlifliyi təşviq edən təhsil proqramlarına qarşı çıxıb. Onlar həmçinin Pride tədbirlərini “təbliğat” adlandıraraq ənənəvi ailə dəyərlərini zədələdiyini iddia edirlər.

AfD-nin təklif etdiyi siyasətlər arasında LGBTQ+ mövzularının məktəb proqramlarından çıxarılması və uşaqların müdafiəsi adı altında bu mövzuların müzakirəsinin qadağan edilməsi var. Onlar, həmçinin, transgender fərdlər üçün hüquqi müdafiələrin, o cümlədən trans spesifik tibbi xidmətlərə və gender kimliyinin tanınmasına çıxışın məhdudlaşdırılmasını təklif ediblər. Bu ritorika LGBTQ+ icmasına qarşı ayrı-seçkilik və nifrət cinayətlərinin artmasına səbəb ola bilər.

Müəllif: Aleks Şah