“Allah lezbiyandır” yazılı köynək geyindi. İndi buna görə həbs oluna bilər.

“Allah lezbiyandır” yazılı köynək geyindi. İndi buna görə həbs oluna bilər.

Mərakeşli insan haqları fəalı və feminist İbtissam Laçqar 10 avqustda polis tərəfindən saxlanılıb. Buna səbəb onun 31 iyulda X platformasında üzərində “Allah lezbiyandır” yazısı olan köynəklə çəkilmiş fotosunu paylaşması olub. Rabat şəhərindəki Baş Prokurorluq paylaşımı “Allaha qarşı təhqiramiz ifadələr” və “İslam dininə təhqir” kimi qiymətləndirərək istintaq başladıldığını, bu ifadələrin ölkə qanunlarına görə blasfemiya (küfr) cinayəti sayıldığını təsdiqləyib.

Qadın və LGBTQ+ hüquqlarının tanınmış müdafiəçisi olan Laçqar, 2009-cu ildə şəxsi azadlıqlar üçün mübarizə aparan Fərdi Azadlıqlar üçün Alternativ Hərəkatını (MALI) təsis edib. O, paylaşımında İslamı “faşist, fallokratik və qadınlara qarşı” adlandırıb. Həbsindən sonra minlərlə seksist təhqir, zorlanma və öldürülmə təhdidi aldığını bildirib.

Hadisə beynəlxalq reaksiyalara səbəb olub. FiLiA feminist konfransının rəhbəri Liza-Mari Teylor və Milli Sekulyar Cəmiyyət başda olmaqla bir çox təşkilat onun dərhal azadlığa buraxılmasını və Mərakeşin blasfemiya qanunlarının ləğvini tələb edib. Laçqarın oktyabr ayında Böyük Britaniyanın Brayon şəhərində keçiriləcək FiLiA2025 konfransında çıxış etməsi planlaşdırılır.