IGLYO Avropanın 49 ölkəsini əhatə edən LGBTQI School Survey 2026 sorğusunu keçirir. Sorğu 15–24 yaş arası, hazırda məktəbdə oxuyan və ya yaxın zamanda məktəbi bitirmiş LGBTQI gənclər üçün nəzərdə tutulub.
Tamamilə anonim olan sorğunun nəticələri əsasında LGBTQI inklüziv təhsillə bağlı hesabat və siyasət tövsiyələri hazırlanacaq.
Hazırda sorğuda Avropadan 3 500-dən çox cavab toplanıb. Azərbaycandan olan LGBTQI gənclərin də iştirak etməsi vacibdir.
Sorğuda iştirak etmək üçün: IGLYO LGBTQI School Survey 2026