5 mayda Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində baş tutan Met Gala 2025-də, “Keeping Up With The Kardashians” ulduzu Kendall Jenner mavi çiçəkli xalça üzərində addımlayarkən LGBTQ+ tarixindən tanınmış queer bir simanı xatırladan tərzdə göründü.
Met Gala səhnəsi Jenner üçün yad deyil – bu, onun tədbirə on birinci qatılışıdır. Bu dəfəki dress-kod isə “Tailored for You” – yəni, “Sənə xas tikilmiş” idi. Jenner isə onu özünəməxsus şəkildə şərh etdi.
Tədbirin builki mövzusu “Superfine: Tailoring Black Style” – “Zəriflik: Qara Stilində Tikiliş” idi. Gecənin həmsədrliyini mükafatlı aktyor Colman Domingo, Formula 1 pilotu Lewis Hamilton, reper A$AP Rocky, musiqiçi Pharrell Williams və Vogue-un baş redaktoru Anna Wintour paylaşırdı.
29 yaşlı model və sosialit Kendall Jenner-i bu möhtəşəm gecəyə Britaniyalı dizayner Torishéju Dumi hazırlamışdı. Jenner, xüsusi hazırlanmış boz rəngli, dərin dekolteli, konstruktiv çiyinli ətək-kostyum geyinmişdi. Klassik şalvar əvəzinə uzun, yerə qədər uzanan ətək seçilmişdi.

Dizayner Dumi, Jenner-in obrazı barədə belə deyib:
“Bu görünüş mənim üçün çox şəxsi bir işdir. Qara Dandizmi və tikiliş estetikasının bir Qara Britaniyalı qadın üçün nə anlam daşıdığını əks etdirir. İnsanların cinsinə, irqinə və ya keçmişinə əsaslanaraq necə geyinməli və ya dizayn etməli olduğu haqda olan stereotipləri sarsıdır.”
Jenner-in obrazına birbaşa ilham verən şəxs isə Harlem Rönesansının ikonik simalarından biri olan, 1920-ci illərin queer klublarında çıxış edən, müğənni və pianist Gladys Bentley idi.
Dumi bu seçimlə bağlı Vogue-a açıqlamasında bildirib:
“Gladys Bentley-in güclü bir kimlik hissi vardı. Qadın olaraq kişi geyimi sayılan tikişi götürüb onu öz obrazına çevirdi. Geyimi parçalayaraq yenidən yığdı və öz üslubu, musiqisi ilə harmonik hala gətirdi.”

Gladys Bentley kim idi və queer icması üçün niyə bu qədər önəmlidir?
1930-cu illərdə Nyu-Yorkun queer klublarında çıxış edən Gladys Bentley Qara, lezbiyan və ənənəvi kişi geyim tərzindən istifadə edən ifaçı idi. Onu tez-tez frak, silindr papaq və çubuqla – üç hissəli ikonik ağ kostyumunda görmək olardı.
Bentley həm də “female dandy” – yəni, geyimi və zövqü ilə ənənəvi qadınlıq təsəvvürlərini sarsıdan bir qadın idi. Səhnədə qadınlara flört edən, cəsarətli mahnılar ifa edən və kişi geyimini seksual bir estetikaya çevirən Bentley həm cinsiyyət rollarına, həm də sosial normlara qarşı çıxırdı.
Dumi Jenner-in obrazını yaratmaq üçün Bentley-in məhz bu enerjisindən ilham aldı: uzadılmış bədən xətləri, daralmış jilet və cəsarətli təqdimat.
Baxmayaraq ki, bu gün Bentley-in stili hörmətlə qarşılanır, o dövrdə suit geyindiyi üçün təzyiqlərlə üzləşmişdi. Ailəsi onun queer hisslərini “müalicə etdirmək” üçün psixiatr yanına belə göndərmişdi.
Bentley-in karyerası illər keçdikcə əvvəlki uğurlarına çatmasa da, o, hələ də “Amerikanın Ən Möhtəşəm Sepiya Pianoçusu” olaraq tanınırdı.
O, Harlem Rönesansı dövrünün önəmli siması və LGBTQ+ icması üçün unudulmaz bir simvoldur – cəsarətli stili və kimliyindən güzəştə getməyən duruşu ilə.