Daha əvvəl qeyri-binar kimlikləri “axmaqlıq” adlandıran Jeffree Star yenidən gündəmdədir.
Mübahisəli makiyaj influenseri Jeffree Star bir podcastda səsləndirdiyi “transfob” fikirlərə görə tənqid atəşinə tutulub.
Trans Awareness Week (13–19 noyabr) ərəfəsində qonaq olduğu The Skinny Confidential: Him & Her Show podkastında Star trans icması haqqında mənfi və təhqiramiz fikirlər səsləndirib.
“Niyə uşaqlarımıza başqa genderdə olduqlarını aşılayır və onlara bu qədər kiçik yaşda yalnış məlumat veririk? Mən böyüyəndə fərqli görünməyə başlayanda anam mənə sadəcə özüm kimi olmağı öyrədirdi,” — deyə o bildirib.
O, bununla da kifayətlənməyib və əlavə edib:
“Makiyaj etməyə başlayanda, daha feminin olanda, müəyyən şeylər etmək istəyəndə… heç kim ‘Aman Tanrım, Jeffree indi necə adlanırdırırlar … genderi təsdiq edən xidmət?’ demirdi. Bu, tomboy olanda olduğu kimidir. Anan… 13 yaşında sənin sinəni kəsdirirdi?
“İndi isə bir dəstə qəribə tip uşaqlarına deyir ki, ‘OMG sən Barbie sevirsən? Deməli, qadınsan!’”
“Bu adama qulaq asmamalıyıq”
Podkastdan paylaşılan kadrların altında bir çoxu onu tənqid edib. Bir izləyici yazıb:
“Bağışlayın, amma biz bu adama qulaq asmamalıyıq.”
Başqa biri qeyd edib:
“O, trans mövzularını illərlə tənqid edib, bu ona xas bir davranışdır, təəccüblü deyil.”
Bir şərhdə soruşub:
“Bu adama niyə platforma verirsiniz?”
Podkast zamanı gözəllik influenseri həmçinin “gey olmadığını”, sadəcə “açıq və özüm kimi” olduğunu deyib və LGBTQ abreviaturasından T və Q hərflərinin çıxarılmasını təklif edib.
Star-ın açıqlamaları onun Charlie Kirk-ü müdafiə etdiyinə görə alovlanmış tənqidlərin ardınca gəlib.
Charlie Kirk müdafiəsi fonunda yeni qalmaqal
2025-ci ilin sentyabrında TikTok canlı yayımında Star bildirib ki, Kirk “insanları öz inancları barədə danışmağa təşviq edirdi, özü razı olsa da, olmasa da”. Ona respublikaçı olub-olmadığı soruşulanda isə cavab verib:
“Xeyr, mən sadəcə bir insanam. Kiminsə ölümü ilə bağlı danışdığım üçün indi söyülürəm.”
Sağçı aktivist Charlie Kirk Utahda çıxışı zamanı güllələnərək öldürülməzdən öncə LGBTQ+ əleyhinə mövqeyi ilə tanınırdı. O, trans insanları “Tanrıya çatılmış orta barmaq” adlandırmış, LGBTQ+ icmasını “groomer” və “agenda” kimi tanımlamış, translara qarşı zorakılıq çağırışları etmiş və dəfələrlə təhqir etmişdir.