Hailey-nin Cadugər İşə Yaradı? Justin 5 il sonra Üzr İstəyir

Hailey-nin Cadugər İşə Yaradı? Justin 5 il sonra Üzr İstəyir

Hailey Bieber şayiələrə yumorla cavab verir və bu dəfə öz “nepo baby” (yəni, məşhur valideyn sayəsində məşhurlaşan) statusunu, keçmiş sevgili dramlarını və sosial medianı trol etməsini çantasında daşıyır.

28 yaşlı model çantasından Rhode brendinə aid məhsullarla yanaşı, “əlavə telefonlar”, “nepo baby” ətiri və hətta bir cadugərdən aldığı “aşiqedici iksir” çıxardı. Onun zarafatla dediyi sözlər sosial medianın favoritinə çevrildi:

“Bunlar digər telefonlardır, sadəcə saxta hesablar, stalk, anonim baxışlar üçün saxlayıram. Bilirsiniz, adi şeylər.”


“Bu isə ‘Eu d’Nepo’ adlı ətirimdir. Həyatım boyu istifadə etmişəm. Öz-özünə iş görür.”


“12 yaşımda atam məni dağlarda yaşayan bir cadugərin yanına apardı. O bu iksiri hazırladı. Dedi ki, bir gün kanadalı pop ulduzu sənə aşiq olacaq.”

Bütün bu sarkazm, xüsusilə 2022-də Selena Gomez və Justin Bieber fanlarının yaratdığı onlayn nəzəriyyələrə bir cavab idi. Ancaq görünür, bu dəfə cavab yalnız izləyicilərə yönəlik deyildi — çünki Justin də özünü bu dialoqun bir parçası etdi.

Hailey-nin Vogue üz qabığında ilk solo görünüşü yayımlandıqdan az sonra Justin Bieber Instagram-da keçmişdə dediyi sərt sözlərə görə üzr istədi. O yazdı ki, bir zamanlar Hailey ilə böyük bir dava zamanı ona belə demişdi:

“Sən heç vaxt Vogueun üz qabığında olmayacaqsan.”

Bu etiraf çoxlarını təəccübləndirdi. Justin bu sözlərin “çox kobud” olduğunu qeyd edib əlavə etdi:

“O an özümü çox hörmətsiz hiss edirdim və düşündüm ki, qisas almalıyam. Amma indi anlayıram ki, yetkinləşdikcə insan başa düşür – qisas heç nəyi həll etmir.”

“Bağışla. Səhv etmişəm.”

Bir neçə saat sonra bu yazını silərək yerinə sadəcə bir neçə emoji qoydu – klassik “hiss edirəm amma danışa bilmirəm” enerjisi ilə.Hailey və Justin 2019-da evləndilər, 2024-də isə ilk övladları Jack Blues Bieber dünyaya gəldi. Hailey Vogue-a verdiyi müsahibədə ana olmağın onun üçün “ən böyük müəllim” olduğunu və həyat yoldaşına indi daha fərqli bir gözlə baxdığını dedi.