Görünməz deyilik: 15 qadının lezbiyanlığı tərif etməsi*

Görünməz deyilik: 15 qadının lezbiyanlığı tərif etməsi*

Lezbiyan Görünürlük Həftəsi (21–27 aprel) — sevgiləri, həyatları və varlıqları çox uzun müddət görünməz edilmiş lezbiyanların birgə parladığı bir həftədir.
Bu həftə LGBTQ+ qadınların və qeyri-binar şəxslərin birlikdə görünməsi, bir-birini dəstəkləməsi və tarixə iz salması üçün bir çağırışdır.

Lezbiyan kimliyi tək bir cümləyə, tək bir şəkilə sığmır. O, bəzən bir baxışda, bəzən bir əl tutuşunda, bəzən isə hər gün var olmağın özündə yaşayır.
Görünmək — sadəcə mövcud olmaq deyil; görünmək yaşamaq, sevmək, dəyişmək və gələcəyi qurmaq deməkdir.

Ruth Baetz-in Lesbian Crossroads ( 1980 ) kitabı da bu görünmənin kiçik bir parçasıdır. 80-dən çox qadınla* aparılan müsahibələrdən toplanan bu hekayələrdə “lezbiyan olmaq nə deməkdir?” sualına verilən 15 müxtəlif cavabı oxuyacaqsınız.
Bu cavablar bir daha xatırladır:

Lezbiyan olmaq — bir çərçivəyə sığmaq deyil, onu dağıtmaqdır.

15 qadının* dilindən: “Lezbiyan nə deməkdir?”

Carol Queen:
Lezbiyanı belə tərif edərdim: digər qadınlarla* emosional olaraq yaxın münasibət quran və yəqin ki, buna görə fiziki olaraq da yaxınlıq yaşayan bir qadın*. Məncə, bir qadın* kişilərlə* seksual və dostluq münasibətləri qura bilər, amma qadınlarla* birlikdə olduğu zaman yaşadığı zirvələri heç vaxt orada yaşaya bilməz. Mən lezbiyanları müəyyən bir siyasi şüura sahib insanlar kimi görürəm. Əgər bu sualı mənə yüz il əvvəl versəydin, tamamilə fərqli bir cavab verərdim; amma indi, kişilərlə* qadınlar*, kişilərlə* kişilər* və qadınlarla* qadınlar* arasındakı dinamikanı nəzərə aldıqda, bu, mənim üçün belədir.

Laverne Jefferson:
Lezbiyan — başqa bir qadınla* olan və ya bir qadına* qarşı cəlb olunan bir qadındır*.

Jeri:
Bu, qadın-identifikasiyalı qadındır*. Bunu sözlərlə izah etmək çətindir, çünki bu anlayış hər şeyi əhatə edir. Mənim bütün həyatım bir qadınla* münasibətim üzərində qurulub. Bu, emosional, mənəvi, seksual və intellektual bir münasibətdir.

Maria Gonzales:
Lezbiyan üçün konkret bir tərifim yoxdur, lüğəvi mənada da yoxdur. Mən sadəcə qadınları* sevirəm.

Chrystos:
Mən razı deyiləm o siyasi təriflə ki, bəzi qadınlar* özlərini lezbiyan adlandırırlar, amma qadınlarla* yatmırlar. Amma eyni zamanda düşünmürəm ki, təkcə qadınlarla* yatmaq da səni lezbiyan edir. Mən artıq “dyke” və ya “queer” sözlərini istifadə etməyə başlamışam, çünki anlayıram ki, bu sözlər mənim cəmiyyətdəki mövqeyimi göstərir. Mən bir çox qadını* tanıyıram ki, özlərini “gay” və ya qadın sevən biri kimi düşünürlər, amma bu, “dyke” olmaqdan çox fərqlidir. Necəsə, özünü “dyke” kimi görmək — bu, artıq özündə bir şeyi qəbul etməkdir. Artıq sadəcə oyun deyil. “Dyke” olduğun zaman bu, geri dönməz bir haldır. Amma “gay” olmaqda bir elastiklik var; istədiyin zaman yenidən heteroseksual ola bilərsən. Mənim üçün lezbiyan olduğumu hiss etdiyim an o idi ki, qadınlarla* fəal şəkildə sevişməyə başladım və sadəcə passiv olmadım, qadınlarla* münasibətlərim kişilərlə* münasibətlərimdən daha önəmli oldu, kişilər* həyatımda tədricən yox olmağa başladı. Amma bu, çox uzun zaman aldı; çünki ilk dəfə “coming out” etdiyimdə çox qorxurdum.

Esther Brown:
Əvvəla, bu, yalnız qadınlarla* yoldaşlıq və emosional əlaqə qurmaq istəyi deməkdir. Qarşı cinsə qarşı real bir emosional ehtiyac yoxdur. Əgər məcbur qalırsansa, kişilərlə* ünsiyyət qurmaq olar, amma bunu mümkün qədər çəkinərək etmək – mənim tərifim budur.

Rose:
Qadını* sevən qadın*.

Canyon Sam:
Mənim üçün lezbiyan — digər qadınları* sevməyə sadiq olan qadındır*. “Sevməyə sadiq” deyirəm, sadəcə “qadınları* sevən” demirəm, çünki bir dəfə bir qadınla* münasibətdə idim və o, özünü lezbiyan adlandırırdı, amma onun qadınlara* qarşı əsl öhdəliyi yox idi. Hələ də kişilərlə* maraqlanırdı və münasibətlər çətinləşən kimi heç bir şeyin öhdəsindən gəlməyə çalışmadı. Sadəcə getdi və kişilərlə* olmağa başladı.

Jane Salter:
Deyəsən bu, köhnə bir ifadə ilə desək — “qadınların* qadınları* sevməsidir.” Mən bunu emosional bir tərif kimi nəzərdə tuturam: qadınların* bir-biri ilə çox dərin səviyyələrdə əlaqədə olması.

Dolores Rodriguez:
Mənim üçün lezbiyan — fərqli bir həyat tərzini seçmiş qadındır*. O hələ də ana ola bilər, qadın* ola bilər, amma onun cinsi cazibəsi, arzusu və daha rahat hiss etdiyi yer digər qadınlardır*.

Carol Gay:
Mənim üçün lezbiyan — özünü qadın* kimi müəyyən edən bir qadındır*, qadın-identifikasiyalı qadın*. Bu o deməkdir ki, o, özünü kişilərlə* müqayisə etmir, bir çox qadının* etdiyi kimi. O, sadəcə özünü və ətrafındakı digər qadınları* əsas götürür. O, qadınlarla* fiziki, mənəvi, emosional, mənəvi və seksual səviyyələrdə əlaqə qurur. Mən lezbiyan haqqında düşünəndə müstəqil, yaradıcı, fərdi və güclü bir insan görürəm.

Vera Freeman:
Mənim konkret tərifim yoxdur. “Lezbiyan” elə bir sözdür ki, bunu kimlərsə düşünüb ortaya atıb. Məncə, iki qadın* bir-birini sevirsə, buna ad verməyə ehtiyac yoxdur. Lezbiyanlıq mənim üçün bir şeyi bölüşmək, bir-birini anlamaq, özün olmaq və özünü gizlətməmək deməkdir.

Mary Howland:
Lezbiyan — ən intim seksual və emosional təmaslarını digər qadınlarla* yaşamağı üstün tutan qadındır*. O, ümumilikdə digər qadınlarla* o cür münasibət qurur ki, ənənəvi olaraq qadınların* kişilərlə* qurduqları münasibətlərə bənzəyir.

Olivia Moreno:
Əgər bir qadın* özünü lezbiyan hesab edirsə, mən də onu lezbiyan sayıram. Etiketlərə o qədər də inanmıram.

Jacqueline Denton:
Bir qadının* digər qadını* sevməsi.


Nəticə

Bu cavablar bizə göstərir ki, lezbiyanlıq nə bir bədən, nə bir etiket, nə də bir yol xəritəsidir. O, fərqlilik, dərinlik və çox zaman da cəsarətdir. Lezbiyan Görünürlük Həftəsində bu səslərə yer vermək həm tarixdir, həm etiraf, həm də bir növ gələcək üçün çağırış.

Bəs sənin üçün?
Lezbiyan sənin üçün nədir?


Qeyd:

“* Ulduz işarəsi ilə “qadın” və “kişi” sözlərini istifadə etdik, çünki ikili cins sisteminə qatılmırıq. Cinsiyyət sosial konstruksiyadır — sözləri işlətməyə məcburuq, amma onları sorğulamaqdan da imtina etmirik. ⭐”