‘For the Dolls’ viskisi transfobiyaya qarşı mübarizəyə dəstək verir

‘For the Dolls’ viskisi transfobiyaya qarşı mübarizəyə dəstək verir

For the Dolls adlanan bu yeni içkidən əldə olunacaq gəlirin 100 faizi trans xeyriyyə təşkilatı Not A Phaseianə ediləcək.

19 noyabrdan satışa çıxarılan viski həm təşkilat üçün “çox vacib maliyyə dəstəyi” toplayacaq, həm də Böyük Britaniyada trans insanların qarşılaşdıqları çətinliklərə diqqət çəkəcək.

Viskinin yaradılmasına Milroy’s of Soho ilə birgə imza atan frilanser viski yazarı Kristiane Westray bildirib ki, kampaniya xüsusilə Birləşmiş Krallıq Ali Məhkəməsinin 2010 Bərabərlik Aktında “qadın” anlayışının yalnız “bioloji seks” kimi izah olunmasına dair son qərarının təsirlərinə fokuslanır.

“Əksər insanlar kimi, həmin vaxt ətrafımdakı trans+ icmasına necə real dəstək ola biləcəyimi düşündüm,” – deyə o bildirib. “Milroy’s of Soho ilə əlaqə saxladım və bu qədər dəstək göstərdiklərinə görə çox şadam.”

2012-ci ildə distillə edilən və şüşəsi 55 funt sterlinqə (72 dollar) satılan viski armud, böyürtkən, limonlu ştrudel, rübarb-krem notları ilə yanaşı limonlu marenq, portağal yağı, yaşıl alma, pikan qozu və qurudulmuş çiçək nüansları təqdim edir.

Westray qeyd edib ki, kampaniya yalnız ölkədə artan institusional transfobiyaya qarşı bir jest deyil, həm də sənayedəki köhnəlmiş “ənənəvi” təsəvvürlərə meydan oxuyur.

“Şotland viskisi sənayesi çox konservativ reputasiyaya malikdir və hələ də viskinin yalnız müəyyən bir qruplara – xüsusilə imkanlı cisgender kişilərə aid olduğu kimi səhv təsəvvürlər qalır. Mən demək istəyirəm ki, viski hər kəs üçündür, bütün genderlər üçündür və buna trans+ insanlar da tam daxildir.”

Not A Phase təşkilatının nümayəndəsi təşəkkür edərək bildirib: “Satılan hər şüşə birbaşa olaraq Birləşmiş Krallıq üzrə trans+ yetkinləri gücləndirən xidmətlərə və təşəbbüslərə vəsait ayrılmasını təmin edir. Bu, açıq mesaj verir: trans+ həyatları dəyərlidir və bütün məkanlarda, hətta viski dünyasında belə müttəfiqlər yanımızdadır.”

For the Dolls viskisi Milroy’s of Soho və Londonda seçilmiş barlarda — o cümlədən 3 Greek Street və Denmark Street-də yerləşən Dram Bar-da mövcuddur.