“Feminist hərəkatı ölə bilməz”

“Feminist hərəkatı ölə bilməz”

YouTube-da yayımlanan “Feminist hərəkatı ölə bilməz” müsahibəsində Gülnara Mehdiya və Sevda Səmədova qadın hüquqları, jurnalistlərin həbsi, erkən nikahlar və feminist hərəkatın indiki vəziyyətindən danışıblar.

Müsahibədə vurğulanır ki, doqquz qadın jurnalistin həbsi təkcə media azadlığı ilə bağlı məsələ deyil — qadınların, LGBTQ+ icmasının və digər həssas qrupların səsinin boğulması siyasi hadisədir.

Danışanlar erkən nikahın “adi ailə seçimi” yox, azyaşlılara qarşı cinayət kimi qəbul edilməli olduğunu, qadın qətillərinin isə “şəxsi yox, siyasi məsələ” olduğunu bildiriblər.

Gülnara və Sevda bildiriblər ki, hərəkat dayanmayıb — sadəcə şəklini dəyişib: artıq gənclər, xüsusilə Z nəsli, mübarizəni sosial mediada, fərqli platformalarda davam etdirir.