Dəb dünyasında kartlar yenidən qarışır – Donatella Versace kreativ direktor postunu tərk edir, Demna isə Balenciaga-dan ayrılaraq Gucci-yə keçir!
Versace-də böyük dəyişiklik: Donatella artıq dizayn işlərindən geri çəkilərək brendin baş səfiri olacaq. Onun yerini keçmiş Miu Miu dizayn direktoru Dario Vitale tutur. Donatella verdiyi açıqlamada brendin gələcəyinə olan inamını ifadə edib: “Versace mənim DNA-mdır və həmişə ürəyimdə qalacaq. Gianni-nin mirasını yaşatmaq mənim üçün ən böyük şərəf idi. İndi isə brendi yeni gözlərlə görməyin vaxtıdır.”
Balenciaga-dan Gucci-yə: Moda dünyasının ən radikal beyinlərindən biri, Demna, Balenciaga-dakı son couture kolleksiyasını təqdim etdikdən sonra Gucci-nin sükanını ələ alacaq. Gucci-nin yeni CEO-su Stefano Cantino bu dəyişikliyi yüksək qiymətləndirərək bildirib: “Demna müasir dəbi formalaşdıran bir istedaddır. Gucci-yə gətirəcəyi baxış inanılmaz olacaq.”