Braziliya: “Ye konsertdə nasizmə aid mahnı oxusa və ya hər hansı formada üzrxahlıq etsə, dərhal həbs olunacaq”

Braziliya: “Ye konsertdə nasizmə aid mahnı oxusa və ya hər hansı formada üzrxahlıq etsə, dərhal həbs olunacaq”

Braziliya rəsmiləri bildiriblər ki, Ye 29 noyabrda ölkədəki konserti zamanı nasist ideologiyasına aid hər hansı mahnı oxusa və ya bu ideologiyanı dolayısı ilə də olsa müdafiə edən bir ifadə səsləndirsə, polis onu dərhal həbs etməlidir.

Ye son aylarda “üzrxahlıq turu” ilə gündəmdədir — illərdir səsləndirdiyi problemli açıqlamalardan sonra dəstəyini itirdiyi kütlələrə yenidən yaxınlaşmağa çalışır. Bu cəhd bəzən nəticə də verir. Yaponiyada Travis Scott-un konsertində səhnəyə çıxanda tamaşaçılar onu böyük sevgi ilə qarşılamış, o isə hit mahnılarından ibarət bir qarışıq ifa edərək hətta gülümsəmişdi. Bir çoxlarına görə, bu performans “köhnə Kanye”nin qayıdışına işarə idi.

Lakin Braziliya rəsmiləri buna inanmır. Məlumata görə, São Paulo Baş Prokurorluğu 29 noyabr konsertində xüsusi hazırlıq vəziyyətində olacaq. Rəsmilərin sözlərinə görə, “o, nasizmə aid mahnı oxusa və ya bu ideologiya barədə hər hansı formada üzr xarakterli açıqlama versə”, polis dərhal müdaxilə etməyə səlahiyyətlidir. Konsertin təşkilatçıları Guilherme Cavalcante və Jean Fabrício Ramos da tədbirlə bağlı hüquqi xəbərdarlıq alıblar.

Bu tədbirlərin əsas məqsədinin Ye-in “Heil Hitler” adlı mahnısını səsləndirməsinin qarşısını almaq olduğu qeyd edilir.

Ye-in həbs riski Yehudi icması ilə barışıq cəhdlərindən sonra gündəmə gəlib

Bu xəbər Ye-nin tanınmış ravvin Yoşayao Yosef Pinto ilə görüşündən dərhal sonra yayılıb. Görüşdə Ye yəhudi icmasına qarşı yaratdığı zərərə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib:
“Bugün burada sizinlə oturub məsuliyyəti qəbul edə bildiyim üçün özümü həqiqətən şanslı hiss edirəm. Mən müxtəlif çətinliklərlə, o cümlədən bipolyar pozuntu ilə mübarizə aparırdım. Bu vəziyyət düşüncələrimi ekstremal nöqtəyə aparırdı və ətrafımdakı insanların və ya özümün təhlükəsizliyini unudurdum.”

O, bipolyar pozuntunun davranışlarını necə dəyişdirdiyini də izah edib:
“İnsanlar bipolyarın nədən qaynaqlandığını və bu xəstəlik zamanı davranışın necə dəyişdiyini çox vaxt anlamırlar. Bu, bir az belədir: evdən çıxırsan və qayıdanda görürsən ki, uşaq mətbəxi, qarajı, qonaq otağını dağıdıb. Axırda yenə məsuliyyət sənə qalır — toparlamaq sənin işindir. Mən də vəziyyətə belə baxıram.”

Görüşün sonunda Ye ravvinə təşəkkür edərək deyib:
“Bu, yenidən güclü divarlar qurmaq üçün atılan ilk addımlardır — kərpic-kərpic.”