Döymə – yaddaşın ən səmimi forması
Son illər döymə, təkcə estetik seçimdən daha böyük bir mədəni kod kimi ortaya çıxır: kimliyin, yaddaşın və bədən avtonomiyasının güclü bir dilinə çevrilir. Qadınlar və kuirlər bədənlərini həm arxiv, həm üsyan, həm də yumşaq özünə sevgi aktına çevirirlər.
Performans sənətçisi Harriet Richardson keçmişlərini silmək əvəzinə, onları bədəninə həkk edir — keçmiş sevgililərinin analarının adlarını. Patriarxal “daimi qadın” və “müvəqqəti qadın” ikiliyini dağıdan bu jest, romantikanın keçiciliyinə qarşı yaddaşın qalmasını seçən bir poetika yaradır.



Bununla yanaşı, uzun illər “tramp stamp” kimi alçaldılan bel döyməsi yenidən doğulur. Bu dəfə qadınların seksual davranışına dair stereotiplər yox olur; döymə, sekslə bağlı deyil, bədəninə sahib çıxmaq və həyatın ciddiyyətinə qarşı bir az şıltaqlıq saxlamaq haqqındadır. Bakirə olmaq, monoqam olmaq, aseksual olmaq — heç biri bu sənət dilinə mane olmur.






Digər yandan, T-Fags kimi layihələr transmaskulin bədən dilinin vizual arxivini yaradır. Hardwick və Isaacs queer mədəniyyətin simvollarını toplayaraq, trans görünürlüyünü cis baxışdan geri alır və onu sevgi, yaxınlıq, cəsarət və estetiklə tamlaşdırır.






Bədən uzun illər başqalarının baxışı ilə izah olunub.
İndi isə biz onu öz dilimizdə danışdırırıq.
Hər döymə — bir yaddaş, bir mövqe, bir seçimdir.